Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arxivlər açılsa ermənilər yanacaq'' - Türkiyəli alimdən ÖZƏL AÇIQLAMA

''Arxivlər açılsa ermənilər yanacaq'' - Türkiyəli alimdən ÖZƏL AÇIQLAMA

Tarix: 6 May 2021 13:10

"Ermənilərin 1915-cildə törədildiyini iddia etdikləri qondarma "erməni soyqrımı" heç 1915-1945-ci illər ərzində bu qədər populyar deyildi".

Bunu Sonxeber.net-a açıqlamasında türkiyəli tarixçi alim, professor Şevki Karabəkiroğlu deyib.

Türkiyəli tarixçi bildirib ki, Türkiyə ilə problemi olan hər kəs ermənilər vasitəsilə ədavət aparmağa çalışır:

"Nə zaman ki, İsrail yaradıldı, nə zaman ki, Hitler Almaniyada o məşhur Holokost soyqrımını törətdi, bu lap dəlinin yadına daş salmaq kimi bir şey oldu. Normalda bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Onların iştirakı ilə qurulan təşkilatlar var. O zaman Ermənistanı yaradan Daşnaq təşkilatı idi ki, sonradan ASALA adını aldı. Və bunda maraqlı olan bütün dövlətlərin kəşfiyyatı bu təşkilatıların içinə sızdı və Türkiyə ilə problemi olan hər kəs ermənilər vasitəsilə, xüsusən də bu terror təşkilatlarının əli ilə ədavət aparmağa çalışırlar. Yəni Türkiyəni küncə sıxışdırmaq, təkləmək, onun hərəkət trayektoriyasını məhdudlaşdırmaq, beynəlxalq aləmdə çətin vəziyyətə salmaq istəyənlər üçün "soyqrımı" məsələsi çox uyğun və əlverişli hesab edilir. Çünki bu məsələ səni çox zalım, qətliamçı millət olaraq dünyaya tanıdır, manevr imkanlarımızı kiçildir, söz haqqı imkanı vermir. Buna görə də "soyqrımı" məsələsi aradan çıxacaq kimi görünmür.

Əvvəlki illərdə bu məsələ ilə bağlı daha çox problemimiz var idi. Amma son zamanlarda bizim xarici diplomatiyamız çox yaxşı bir hücum siyasəti həyata keçirdi. Hətta artıq deyirik ki, bu meydan, bu da şeytan. Buyurun, açaq arxivləri. Sizin də mütəxəssislər gəlsin, bizimkilər də gəlsin. BMT də müşahidəçilərini göndərsin, həqiqət necə təsdiqini tapsa, biz onu qəbul etməyə hazırıq, deyirik. Ermənilər buna isti yanaşmırlar. Çünki bilirlər ki, həqiqət onları çox yandıracaq".

Təhməz Əsədov


Etiketlər:  Arxivlər açılsa ermənilər yanacaq Türkiyəli alimdən ÖZƏL AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ