Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nuriyevin komandası ''Şaxtyor''la oyuna çıxmaqdan imtina etdi

Nuriyevin komandası ''Şaxtyor''la oyuna çıxmaqdan imtina etdi

Tarix: 6 May 2021 21:04

Millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi Ukraynanın "Minay" klubu Premyer Liqanın 25-ci turunda bu gün Donetsk "Şaxtyor"u ilə keçirilməli olan matça çıxmaqdan imtina edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, buna bukmeker kontorlarında matça anomal dərəcədə pul qoyuluşu səbəb olub.

Məsələ ondadır ki, gün ərzində "Minay"ın qələbə əmsalı 27-dən 44-ə yüksəlib. Bundan başqa, oyunda 3-dən çox qolun vurulacağına da böyük məbləğdə pul qoyuluşu edilib. Bəzi bukmeyker kontorları isə artıq bu görüş üçün mərc qəbul etmirlər.

Qeyd edək ki, "Minay" - "Şaxtyor" oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlamalı idi.


Etiketlər:  Nuriyevin komandası Şaxtyorla oyuna çıxmaqdan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ