Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 11:30
Dənizkənarı bulvar ərazisində bir hissə dəmir arakəsmələrlə əhatəyə alınıb. Yerdə olan döşəmələr sökülüb, yerində dirəklər quraşdırlır. Sosial şəbəkələrdə yayılan iddialara görə, burada obyekt tikilir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, çəkiliş zamanı həqiqətən də ərazidə işlərin aparıldığının şahidi olduq. Məsələni araşdırdıqda məlum oldu ki, tikinti aparılan ərazində SSRİ Xalq artisti, müğənni Müslüm Maqomayevin abidəsi hazırlanır.
Abidənin müəllifləri - heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarov və memar Nəriman İmaməliyevdir.
Akademik Ömər Eldarov ''Xəzər Xəbər''ə görülən işlərlə bağlı məlumat verib. O deyib ki, Müslüm Maqomayevin abidəsi Nazirlər Kabinetinin sifarişi əsasında hazırlanır və təxminən 1 ay müddətinə dünya şöhrətli müğənnin heykəli tam hazır olacaq.
Ömər Eldarov bildirib ki, Müslüm Maqomayevin ailəsinin təqdim etdiyi fotolar əsasında onun heykəli hazırlanır. Heykəlin hündürlüyünün 2 metr seçilməsində məqsəd isə bulvar ərazisinə gələn vətəndaşların onu daha aydın görə bilməsi ilə bağlıdır.
Abidənin ətrafında vətəndaşların oturub istirahət etmələri üçün şərait yaradılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: