Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 12:26
Vladivastokda yaşayan bloqer Yeqor Onopko boynundakı dəri sahəsini reklam yeri kimi satıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Onokonda" ləqəbli bloqer doqquz "Instagram" hesabını boynunda qeyd edərək, "Telegram"da elan postu paylaşıb.
O, bildirib ki, canlı insan üzərində ömürlük reklam əldə etmək istəyənlərin sayı çox olub. Bloqerin boynunda öz profil ünvanlarını əks etdirmək istəyənlərin hər biri 100 min rubl (2300 manat) ödəyib. Alıcıların Rusiya, Belarus və Ukraynadan olduğu bildirilib.