Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kişilərdən fərqli olaraq bizə oyundan əvvəl cinsi əlaqə..." - Qadın futbolçudan etiraf

Tarix: 8 May 2021 18:34

Moskva ÇSKA-sının və Rusiyanın qadınlardan ibarət milli komandasının üzvü Elvira Todua maraqlı açıqlamalar verib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, 35 yaşlı qolkiper "YouTube"dəki "Comment Show" kanalına müsahibəsində kişi futblçulardan fərqli olaraq qadın futbolçulara oyunlardan əvvəl cinsi əlaqəyə icazə verildiyini bildirib: 

"Qadın futbolçuların oyundan əvvəl cinsi əlaqəyə girməsi normaldı. Amma kişi futbolçulara qadağan edilib. Bunun səbəbini anlaya bilmirəm".

Elvira Todua hamiləlik dövrü ilə bağlı da danışıb: "ÇSKA ilə müqaviləmizdə bu barədə maddə var. Hamiləlik dövrümüzdə klub bizə maaş ödəyir. Amma başqa klublarda belə deyil. Futbolçu hamilə olanda müqaviləsini ləğv edirlər".

Qeyd edək ki, DÇ-2010-da Fabio Kapellonun başçılıq etdiyi İngiltərə millisi də daxil olmaqla bir çox komandada futbolçulara sekslə məşğul olmaq qadağan edilmişdi.

Milli.Az


Etiketlər:  Kişilərdən fərqli olaraq bizə oyundan əvvəl cinsi əlaqə Qadın futbolçudan etiraf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ