Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2021 14:10
Aktrisa Nəsrin Cavadzadə adına saxta profil açanları polisə şikayət edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda İnstaqramda yazıb. O bildirib ki, "Twitter"də adına saxta profil açılıb və onun adından statuslar paylaşılır.
Aktrisa izləyicilərini bu cür saxta profillərə inanmamağa səsləyib:
"Bu səhifə haqqında hüquq müstəvisində araşdırmaya başlanılıb. Tvitterdə profilim yoxdur. İnstaqramdan başqa heç bir sosial şəbəkədə profil işlətmirəm. Bu cür saxtakarlara inanmamağını xahişe dirəm".