Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Google Photo”da limitsiz yaddaş üçün ödəniş etmək lazım olacaq

“Google Photo”da limitsiz yaddaş üçün ödəniş etmək lazım olacaq

Tarix: 11 May 2021 21:16

"Google" şirkəti "Google Photo" xidmətində yüksək keyfiyyətli şəkillərin saxlanılması üçün istifadəçilərə limitsiz disk yeri təqdim etməkdən imtina edəcək. Bu barədə hələ ötən ilin noyabrında xəbər verilmişdi, dəyişikliklər 1 iyun 2021-ci il tarixindən qüvvəyə minəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni qaydalar qüvvəyə mindikdən sonra fotoşəkil və videolar üçün pulsuz disk yerinin həcmi 15 QB olacaq. Disk yerinin həcmini artırmaq üçün "Google One" abunəsini rəsmiləşdirməli və şəxsi ehtiyaclarınızdan asılı olaraq təklif edilən variantlardan birini seçməli olacaqsınız. Qeyd etmək lazımdır ki, iyunun 1-dək "Google Photo" xidmətinə yüklənilmiş foto və videoların ümumi həcmi yeni məhdudiyyətlər tərəfindən nəzərə alınmayacaq.

Milli.Az


Etiketlər:  Google Photoda limitsiz yaddaş üçün ödəniş etmək lazım olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ