Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Tarix: 11 May 2021 22:24

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək. Sosial şəbəkə ilə kontent yaradıcıları arasında bağlanacaq müqaviləyə əsasən Clubhouse 3 ay ərzində hər ay audioşou yaradıcılarına 5000$ ödəyəcək. Bu barədə The Verge sayt xəbər verib. Sosial şəbəkə bu cür kontentləri yaradacaq namizədləri artıq seçib. Onların siyahısı ilə bu linkdən tanış olmaq olar. Clubhouse bildirib ki, seçilmiş müəlliflər 10 may tarixindən başlayaraq sosial şəbəkə daxilində xüsusi audişouları təqdim edəcəklər.

Nəticədə Clubhouse həmin şouların yaradıcılarına 3 ay ərzində hər ay 5000$ vəsait ödəyəcək. Clubhouse təmsilçiləri onu da qeyd ediblər ki, təqdim olunacaq audioşouların müəllif hüquqları onların yaradıcılarına məxsus olacaq. Təqdim olunacaq kontent məşhur olarsa Clubhouse onun maliyyələşdirilməsinin davamını nəzərdən keçirdəcək. Nəzəri cəhətdən bu cür addım Clubhouse-a yeni istifadəçiləri cəlb edə bilər. Belə ki, son zamanlarda bu sosial şəbəkəyə maraq getdikcə azalır.

Qeyd etmək lazımdır ki, Clubhouse hələ də yalnız iOS istifadəçiləri üçün aktivdir və ora hələ də xüsusi dəvət vasitəsilə daxil olmaq olar. Buna baxmayaraq tətbiqin Android versiyası hazırlanma mərhələsindədir və Clubhouse təmsilçilərinin sözlərinə əsasən tətbiqin Android versiyası yaxın aylarda istifadəyə veriləcək. Clubhouse-un ani olaraq sürətlə məşhurlaşmasından sonra digər sosial şəbəkələr və servislər də öz platformalarında audio vasitəsilə ünsiyyət funksiyasını istifadəyə verdilər.

Milli.Az


Etiketlər:  Clubhouse kontent yaradıcılarına hər ay 5000 ödəyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ