Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya müharibəsi başlaya bilər - Spiridonov Milli.Az-a danışdı

Dünya müharibəsi başlaya bilər - Spiridonov Milli.Az-a danışdı

Tarix: 12 May 2021 10:03

"Rusiya ordusu Ukraynanın sərhədləri ətrafında on minlərlə əsgər yerləşdirib".

Bunu Sonxeber.net-a açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun eksperti Nikolay Spiridonov deyib.

Ekspert bildirib ki, Rusiya Ukraynaya nəzarət edə bilməz:

"Bu mərhələdə Rusiya psixoloji müharibə yolunu seçib. Lakin Rusiya ilə Ukrayna arasında geniş miqyaslı müharibə təhlükəsi mövcuddur və bu baş verərsə, eyni anda Çin ilə ABŞ arasındakı geopolitik qarşıdurma pik həddə çata bilər (və Rusiya, əslində, Çinin ortağıdır). Bəlkə də müharibə aktiv fazaya keçərsə, Rusiya bir şey itirməyəcək.

Amma Rusiya Ukrayna üzərində qələbə qazana bilməz, çünki Ukraynada anti-Rusiya düşüncələri çox güclüdür. Hətta, deyək ki, Rusiya Ukraynanı tutsa belə ona nəzarət etməyi mümkün olmayacaqdır".

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri Rusiyanın Ukrayna sərhədlərində hələ də 80 mindən çox hərbi qulluqçudan və minlərlə döyüş texnikasından ibarət qoşun qruplaşması saxladığını açıqlayıblar.

Təhməz Əsədov


Etiketlər:  Dünya müharibəsi başlaya bilər Spiridonov MilliAz danışdı


RƏYLƏR