Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailin zərbələri nəticəsində ''HAMAS''-ın təhlükəsizlik xidmətinin qərargahı dağıdılıb

İsrailin zərbələri nəticəsində ''HAMAS''-ın təhlükəsizlik xidmətinin qərargahı dağıdılıb

Tarix: 13 May 2021 14:00

İsrail Müdafiə Qüvvələri Qəzzada "HAMAS" hədəflərinə bombalı zərbələr endirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, zərbələr nəticəsində"HAMAS"-ın mərkəzi bankı, daxili təhlükəsizlik xidmətinin qərargahı və təşkilatın əsas komandirlərindən birinin evi məhv edilib.

İsrail Müdafiə Qüvvələri bildirib ki, bu binalar bu gün səhər saatlarında aparılan hava hücumu əməliyyatında dağıdılıb.

Qeyd olunub ki, hava hücumu nəticəsində bir sıra batalyonlara rəhbərlik edən "HAMAS" komandiri İyad Tayibin terror məqsədi ilə istifadə olunan evi məhv edilib.


Etiketlər:  İsrailin zərbələri nəticəsində HAMAS təhlükəsizlik xidmətinin qərargahı dağıdılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ