Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiola Barselonada ev aldı - FOTO

Qvardiola Barselonada ev aldı - FOTO

Tarix: 13 May 2021 19:16

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Barselonada ev alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Pedralbes bölgəsindəki lüks əmlakın fevral ayında bir rus oliqarxından alındığı bildirilib.2 min kvadratmetr ərazidə 741 kvadratmetrlik evin qiymətinin 10 milyon avro olduğu təxmin edilir.Üç mərtəbəli malikanədə qızdırılan hovuz, panoramik şəhər mənzərələri, bağlar və ən azı dörd avtomobil üçün qarajı olan həyət var.

Qeyd edək ki, sözügedən ev əvvəllər "Barselona"nın sabiq futbolçusu Rafael Markesə məxsus olub.

Milli.Az


Etiketlər:  Qvardiola Barselonada ev aldı FOTO


RƏYLƏR