Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2021 13:40
Gəncə şəhərində iki gün bundan əvvəl sirkə turşusu içən yaşlı kişi bu gün xəstəxanada dünyasını dəyişib.
Sonxeber.net xəbər verir ki, ölən şəxs 1936-cı il təvəllüdlü Ziyad Əli oğlu Məmmədovdur. Qeyd edək ki, hadisə mayın 12-də şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb. Belə ki, Z. Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq bu gün səhər saatlarında Z. Məmmədov dünyasını dəyişib. 85 yaşlı kişinin hansı səbəbdən sirkə turşusu içərək zəhərlənməsi məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.