Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 144 ailənin yaşadığı bina kəskin qəzalı vəziyyətdədir - Hər an faciə yaşana bilər - VİDEO

Bakıda 144 ailənin yaşadığı bina kəskin qəzalı vəziyyətdədir - Hər an faciə yaşana bilər - VİDEO

Tarix: 16 May 2021 11:00

Nizami rayonu, Elşən Süleymanov küçəsi 148 ünvanıda yerləşən binanın fasadından qopub düşən daş parçaları vətəndaşlardan birinin kondisionerini yarasız hala salıb, çanaq anteni isə tamamilə qırılıb. Başqa bir daş parçası isə dünəndən bu günə kimi antenlərdən birinin dəmirinə ilişərək qalıb. Növbəti bənzər hadisənin baş verməsi isə an məsələsidir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sovet dövründə fəaliyyət göstərmiş Bakı Şin Zavodunun 4 nömrəli yataqxana binası 1982-ci ildən istifadəyə verilib. O zamandan bəri binada heç bir təmir-bərpa işləri aparılmayıb. Orada məskunlaşmış 144 ailə problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, amma nəticəsi olmayıb.

Bina hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır.

Birliyin rəisi Emin Talıbov bildirib ki, problemdən xəbərdardırlar və binaya baxış keçiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini İsrafil Kərimov isə şifahi olaraq bildirib ki, sözügedən bina artıq istismar müddətini başa vurub və hazırda kəskin qəzalı vəziyyətdədir. Sakinlər yalnız Nazirlər Kabinetinin qərarı ilə oradan tam olaraq köçürülə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda ailənin yaşadığı bina kəskin qəzalı vəziyyətdədir Hər faciə yaşana bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ