Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

28 ildən sonra ilk görüş - VİDEO

28 ildən sonra ilk görüş - VİDEO

Tarix: 16 May 2021 12:40

Azad Ağdam, azad məzarlıq və azad ruh

Hər qaranlıq gecənin aydınlıq dolu bir sabahı var, deyirlər.

Həqiqət imiş.

Getdiyimiz bu yol həmin deyimin təsdiqini verir.

İstiqamətimizi əyan edim. 28 il düşmən tapdağı altında zülmə düçar olan lakin indi işğaldan azad olunaraq "ağ gün"ə çıxan Ağdama gedirik.

Məqsəd 1992-ci ildə hələ 19 yaşında ikən Qarabağda gedən döyüşlər səbəbilə ayağını vətən torpağına atan, başından keçən şəhid Sənan Rüstəmovun qəbrini ziyarət etməkdir.

Çünki bu gün onun doğum günüdür. Yaşasaydı 48 yaşı olacaqdı.

Məzarı 28 il idi ki, doğma insanlara, səsə həsrət qalmışdı.

Bu da sona yetdi.

Real TV-nin çəkiliş qrupu olaraq şəhidin ailəsi və yaxınları ilə birlikdə Sənanın dəfn olunduğu yerə vardıq.

Bura gələnləri ilk olaraq Milli Qəhrəman Allahverdi Bağırov qarşılayır.

İlk təəssüratı ərz etsəm, qürurla deyə bilərəm ki, komandir sanki yenə öz əsgərlərini qorumaq üçün sinəsini irəli verib.

Təbii. Şəhid üçün edilən dua ovuca sığmaz.

Qəhrəmanı yad edib, dualarımızı çatdırdıqdan sonra Şəhidlər Xiyabanına daxil olduq.

Burada vətənin azadlığı naminə çiyin-çiyinə döyüşənlər demək olar ki, elə çiyin-çiyinə də uyuyurlar.

Şəhid Sənan Rüstəmov da onlardan biridir.

Diqqət kadrlara. 28 il sonra ata və ana oğlu, digərləri isə döyüşçü yoldaşı ilə görüşür.

Bir vaxtlar damı ağ olan bu adamların indi saçları da ağdır.

Keçirdikləri hisslərdən söz düşərkən...

Şəhidin döyüş yolu haqqında danışan döyüşçü yoldaşları deyir ki, Sənan ən yaxşı kəşfiyyatçılardan olub.

Bundan sonra Sənan tərəddüd etmədən geri qayıdır.

Düşmənlə üz-üzə gələrək döyüşdə qalib gəlir və Şuvaryovun sənədlərin götürüb qayıdır. Bu zaman daha iki pilotun əsir aparıldığını görür. Onları xilas etmək üçün döyüşə atılır. Lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir.

Bununla da Sənan şəhidlik zirvəsinə ucalır.

O, döyüşünü cismani olaraq başa vursa da ruhən davam etdirir. Özü də düz 28 il boyunca.

İndi Azərbaycan ordusu qalibdir. Artıq Ağdam da, Sənanın ruhu da azaddır, şaddır.

Səni ananlar hər zaman fəxarət hissi duyacaq, SƏNAN!

Milli.Az


Etiketlər:  28 ildən sonra ilk görüş VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ