Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb - FOTO

Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb - FOTO

Tarix: 16 May 2021 14:22

Ağır yaralanan və müalicə üçün "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan Milli.Az-a bildirilib ki, qazilərimiz Cəfərov Namiq Fərhad oğlunun, Atakişiyev Yusif Fariz oğlunun, Kazımov Kənan Çinar oğlunun, Əlizadə Şəhriyar Mirağa oğlunun və Ələkbərov İlkin Elçin oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 64 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Milli.Az


Etiketlər:  Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ