Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

30 yaşlı gənc erotik salonda ölü tapıldı - Qollarında qançırlar var

30 yaşlı gənc erotik salonda ölü tapıldı - Qollarında qançırlar var

Tarix: 16 May 2021 17:26

Sankt-Peterburqdakı erotik masaj salonlarından birində 30 yaşlı kişinin meyiti tapılıb.

Milli.Az "Komsomolskaya Pravda" nəşrinə istinadən xəbər verir ki, mərhumun cəsədi "Mystery Hotel"dəki masaj otağında tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, onun qollarında və bədənində qançırlar aşkar olunub.

Ölüm səbəbini müəyyənləşdirmək üçün cəsəd meyitxanaya göndərilib. Polis barmaq izlərini, ayaq izlərini və bioloji materialları toplayaraq mərhumun meyitini müayinə üçün ekspertizaya göndərib.

Otel administratorundan isə onun sənədləri, noutbuk və mobil telefonu götürülüb.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  30 yaşlı gənc erotik salonda ölü tapıldı Qollarında qançırlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ