Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" çempionluq şansını itirdi, "Ateltiko" və "Real"dan qələbə

Tarix: 16 May 2021 23:36

Bu gün İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turun bütün qarşılaşmaları eyni vaxtda olub.
 
Lider "Atletiko" doğma meydanda "Osasuna"nı qəbul edib və əzmkar qələbə qazanıb. Turnir cədvəlinin 2-ci sırasında yer alan "Real" səfərdə "Atletik"ə minimal hesabla qalib gəlib.

"Barselona" isə evdə "Selta"nı qəbul edib və gözlənilmədən rəqibinə uduzub.

Bu nəticələrdən sonra lider "Atletiko"nun 83, 2-ci pillədə qərarlaşan "Real"ın isə 81 xalı var. Aktivində 76 xalı olan "Barselona" isə çempionluq şansını itirib.

Mayın 23-də keçiriləcək mövsümün sonuncu - 38-ci turunda "Real" evdə "Vilyarreal"la, "Atletiko" isə səfərdə "Valyadolid"lə qarşılaşacaq. Məhz bu oyunlardan sonra La Liqanın qalibi müəyyənləşəcək. 


16 may

İspaniya La Liqası, 37-ci tur

 

"Alaves" - "Qranada" - 4:2
Qollar
: Pons, 8. Duarte, 21. Xoselu, 66. Rioxa, 72 - Molina, 31. Puertas, 63.

"Atletik" - "Real" - 0:1
Qollar
: Naço, 68.

"Atletiko" - "Osasuna" - 2:1
Qollar:
 Lodi, 82. L.Suares, 88 - Budimir, 76.

"Barselona" - "Selta" - 1:2
Qollar
: Messi, 28 - Mina, 38, 89.

"Betis" - "Hueska" - 1:0
Qollar
: B.İqlesias, 57-pen.

"Kadis" - "Elçe" - 1:3
Qollar:
 Mari, 15-pen - Milla, 58. D.Qonsales, 64. Fidel, 88.

"Xetafe" - "Levante" - 2:1
Qollar:
 Alena, 13. Kubo, 84 - Melero, 30.

"Real Sosyedad" - "Valyadolid" - 4:1
Qollar
: İsak, 6; 16. D.Silva, 28. Yanuzay, 35-pen - M.Andre, 82.

"Valensiya" - "Eybar" - 4:1
Qollar:
 Quedes, 3; 49. Soler, 19; 30 - Xil, 39.

"Vilyarreal" - "Sevilya" - 4:0
Qollar:
 Bakka, 34; 47; 79. Moreno, 66.

Milli.Az


Etiketlər:  Barselona çempionluq şansını itirdi Ateltiko Realdan qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ