Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Türkiyəni özündən asılı vəziyyətə salmaq istəyir - ÖZƏL AÇIQLAMA

ABŞ Türkiyəni özündən asılı vəziyyətə salmaq istəyir - ÖZƏL AÇIQLAMA

Tarix: 17 May 2021 10:51

"Türkiyə ilə ABŞ arasında təkcə F-35 qalmaqalı yoxdur, eyni zamanda FETÖ ilə bağlı qalmaqallı vəziyyət, Suriyanın şimalındakı YPG/PKK terror təşkilatına ABŞ tərəfindən verilən silah, loqistik dəstək qalmaqalı mövcuddur, Şərqi Aralıq dənizində Türkiyə ilə Amerika arasında ciddi bir qalmaqallı vəziyyət var".

Bunu Sonxeber.net-a açıqlamasında Orta Şərq, Avrasiya və Asiya-Sakit Okean Platforması rəhbəri Ali Semin deyib.

Türkiyəli politoloq bildirib ki, Türkiyə ilə ABŞ arasında münasibətlər hər ötən gün daha da gərginləşir:

"ABŞ ilə Türkiyə bir çox mövzuda qalmaqal içərisindədir. ABŞ Türkiyənin Rusiyadan aldığı S-400-dən istifadə etməməyini istəyir. Buna qarşılıq olaraq bildiyiniz kimi, Türkiyəni F-35 proqramından Türkiyəni kənarlaşdırmışdı. Dediyim kimi, Türkiyə illərdir bir çox mövzularda Amerika ilə qalmaqallar yaşadığı üçün bu cür mübahisəli məsələləri əslində zaman-zaman fərqli müstəvilərdə işbirliyinə də döndərə bilir. Əslində bunu demək istəyirəm, Türkiyəyə sərf etsə F-35 alacaq, sərf etməsə almayacaq.

Türkiyənin artıq S-400, F-35 ilə bağlı mövqeyi qətidir, çox aydındır. Xüsusilə, son illərdə Türkiyənin Müdafiə Sənayesinin güclənməsi və Müdafiə Sənayesinin hər ötən gün inkişafı Türkiyə-ABŞ münasibətlərinə təsirində çox böyük rol oynadı. Əslində ABŞ Türkiyənin hər sahədə - iqtisadiyyat, ticarət, xarici siyasət, təhlükəsizlik, xüsusilə də, müdafiə sənayesi məsələlərində Vaşinqtondan asılı olmasını istəyir.

ABŞ onsuz da həm Orta Şərqdə, həm dünyada ölkələri özünə bir ortaq olaraq yox, bir asıllı olaraq düşündüyü üçün bu gün baş verən qalmaqallarla baş-başa qalıb. Yəni Türkiyə ilə ABŞ arasındakı mübahisəli vəziyyətin başında dayanan məsələ, Vaşinqtonun istədiyi Ankara ilə işbirliyi və ya ortaq olmaq deyil, tamamilə ondan asılı olması məsələsidir. Türkiyə də bunu qəbul etmədiyi üçün hər ötən gün iki ölkə arasında münasibətlərin daha da gərginləşdiyini görürük". 

Təhməz Əsədov


Etiketlər:  ABŞ Türkiyəni özündən asılı vəziyyətə salmaq istəyir ÖZƏL AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ