Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Elgün Abbaslının doğum günü idi - VİDEO

Şəhid Elgün Abbaslının doğum günü idi - VİDEO

Tarix: 17 May 2021 15:34

O, Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub

Milli.Az Real TV-ə istinadən bildirir ki, bu il onlar ilk dəfədir ki, doğum günlərində yaxınlarından uzaqdadırlar. Əzizləri, Vətən müharibəsinin aslanlarının məzarlarını çələnglə bəzəyir, qəbr daşlarını silir, səliqəli olmasına xüsusi diqqət edirlər. Onlar Qardaşına, oğluna, həyat yoldaşına aylardır verə bilmədikləri qayğını göstərməyə çalışırlar. Məzarını bu cür bəzəməklə, doğum günlərində qəbrini qucaqlamaqla...

Sumqayıt Şəhidlər Xiyabanında da onların doğum günü qeyd olunurdu.1991-ci il mayın 16-da Laçın rayonu Dəhyan kəndində doğulub, Sumqayıtda böyüyən Şəhid Abbaslı Elgün kimi. Elgin Abbaslı 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak edərək, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşaraq, yaralıları döyüş meydanından çıxarmışdır. Noyabr aylarının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Milli.Az


Etiketlər:  Şəhid Elgün Abbaslının doğum günü idi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ