Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 20:06
ABŞ Prezidenti Co Bayden Donald Tramp tərəfindən tətbiq olunan qadağanı ləğv edib. Bu qadağa tibbi sığortanın və ya tibbi xidmətlərə görə hesabların ödənişi üçün maliyyə vəsaitinin olmasını sübut edə bilməyən miqrantların ölkəyə girişinə mane olurdu.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Co Baydenin sözlərinə görə, onun administrasiyası keyfiyyətli və əlçatan tibbi yardımının əldə olunmasına tərəfdardır. O əlavə edib ki, bu, ölkəyə qanuni əsaslarla miqrasiya etməyə çalışan, lakin əhəmiyyətli dərəcədə maliyyə vəsaiti olmayan və ya müvafiq planların məhdud siyahısına daxil edilmiş tibbi sığortanı əldə etməyən vətəndaşlığı olmayan şəxslərə qadağa qoymadan da mümkündür.
Tibbi sığorta barədə tələb Tramp administrasiyasının qanuni miqrasiyanı məhdudlaşdırmaq siyasətinin bir hissəsi idi və ölkəyə qanuni gələn, lakin çoxsaylı məhkəmə araşdırmaları ilə qarşılaşmış miqrantların sayını 65 faiz azalda bilərdi.
Qaydaya görə, "qrin-kart" əldə etmək üçün ABŞ hüdudlarından kənardan müraciət edən insanlar sübut etməli idilər ki, onlar Birləşmiş Ştatlara gəldikdən sonra 30 gün ərzində tibbi sığorta alacaqlar, yaxud da hər hansı potensial tibbi xidmətə görə ödəniş etmək üçün onların kifayət qədər vəsaiti var.