Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vasif Durarbəyli Azərbaycan çempionu olub

Vasif Durarbəyli Azərbaycan çempionu olub

Tarix: 18 May 2021 22:40

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Naxçıvanda təşkil olunan yarışın qalibi adını Vasif Durarbəyli qazanıb.

29 yaşlı qrossmeyster finalda Nicat Abbasovu 4:2 hesabı ilə məğlub edib.

3-cü yeri isə Eltac Səfərli tutub. O, bürünc medal uğrunda görüşdə Nicat Məmmədovdan güclü olub.

Qeyd edək ki, Durarbəyli çempionluq sayəsində Dünya Kubokuna vəsiqə də qazanıb.


Etiketlər:  Vasif Durarbəyli Azərbaycan çempionu olub


RƏYLƏR