Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AAYDA yük maşınlarının sürücüləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

AAYDA yük maşınlarının sürücüləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Tarix: 19 May 2021 17:10

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bəzi sürücülərin qurum adından istifadə edərək fəaliyyət göstəmələri ilə bağlı xəbərdarlıq edib.

Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən idarə olunan yük maşınları, maşın və mexanizimləri üzərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus logo və tanınma nişanları vurularaq sifarişlə fərdi işlərdə istifadə olunur. Bu isə haqlı olaraq cəmiyyətdə anlaşılmazlıq və çaşqınlıq yaratmaqla bərabər agentliyin adına və nüfuzuna xələl gətirir.

Qeyd edək ki, bu hüquqa zidd əməli törədən şəxslərlə bağlı, qurumun adından sui-istifadə etdikləri üçün qanunvericiliyə uyğun olaraq onların məsuliyyətə cəlb edilməsi ilə bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bir daha xəbərdarlıq edirik ki, həmin şəxslər cəmiyyətdə çaşqınlıq yaradan və agentliyin nüfuzuna xələl gətirən bu cür addımlardan çəkinsinlər.


Etiketlər:  AAYDA yük maşınlarının sürücüləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib


RƏYLƏR