Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' çempion!

''Neftçi'' çempion!

Tarix: 19 May 2021 22:30

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu - 28-ci turunda çempion müəyyənləşdi.

Sonxeber.net xəbər verir ki, çempion "Neftçi" klubu oldu.

Həlledici görüşdə "Neftçi" "Qarabağ"ı 1:0 hesabı ilə məölub edərək çempion oldu. Yeganə qolu oyunun 90-cı dəqiqəsində Ahmed Ahmedov vurdu. Beləliklə "Neftçi" 28 oyunda 59 xal toplayaraq "Qarabağ"dan iki xal üstün oldu.

"Neftçi" - "Qarabağ" 1:0
Qol: A.Ahmedov, 90.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev).
Bakı. "Dalğa Arena", 20:30.

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 91. Tallison Dias, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 20. Mert Çelik, 49. Alves De Souza, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Samir Abasov.

Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 9. Xayme Romero, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 95. Məmməd Hüseynov, 94. Ayhan Arazlı, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.


Etiketlər:  Neftçi çempion


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ