Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lotu Qulinin düşməni aeroportda saxlanıldı: Bəs oteldə ələ keçən kimdir?

Lotu Qulinin düşməni aeroportda saxlanıldı: Bəs oteldə ələ keçən kimdir?

Tarix: 20 May 2021 12:16

Ukraynada iki nüfuzlu "qanuni oğru" saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, saxlanılanlar "Umka" ləqəbli Serqey Oleynik və "Laşa Svan" ləqəbli Laşa Caçvlianidir. "Umka" Dnepr şəhər aeroportunda ölkəni tərk etmək istəyərkən saxlanılıb. "Laşa Svan" isə həmin şəhərdəki otellərin birində ələ keçib. Həm "Umka", həm də "Svan", təkcə Ukraynanın yox, MDB-nin ən nüfuzlu "oğrular"ından hesab olunurlar. 

Məlumata görə, onlar Dnepropetrovsk, Odessa, Nikolayevsk, Zaporojsk, Sumı, Poltava, Krvoy Roq kimi  vilayətlərə nəzarət ediblər. KİV-də yazılana görə, "Umka" bir zamanlar Lotu Quliylə savaş həddində olub. Quli tərəfdarları Odessa və Xerson kimi vilayətlərə nəzarəti ələ keçirmək istəsələr də, "Umka" müqavimət göstərərək buna imkan verməyib. Həmin vaxt "Umka" Qulini özünün bir nömrəli düşməni hesab edirdi.

Milli.Az


Etiketlər:  Lotu Qulinin düşməni aeroportda saxlanıldı Bəs oteldə ələ keçən kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ