Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərsu'' səslənən fikirləri təkzib etdi - Orada asfalt yol olmayıb - VİDEO

''Azərsu'' səslənən fikirləri təkzib etdi - Orada asfalt yol olmayıb - VİDEO

Tarix: 20 May 2021 12:20

Dünən sizə Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisindəki yol problemi ilə bağlı xəbər vermişdik. Vətəndaşlar iddia edirdilər ki, onların öz hesabına çəkdiyi yolu "Azərsu" yarasız hala salıb. Bu gün həm sözügedən qurumun rəsmisi, həm də podratçı şirkətin iş icraçısı həmin ərazidə olublar. Yekun qərarı sizə təqdim edirik.

Vətəndaş deyir ki, yolumuz asfalt idi, "Azərsu" yarasız hala saldı, qurumun nümayəndəsi və podratçı şirkətin iş icraçısı isə səslənən fikirləri təkzib edir.

Ərazi üzrə bələdiyyə müfəttişi Çingiz Hümbətov da, sakinlərlə eyni fikirdədir. O da bildirdi ki, ərazidə asfalt olub və yol "Azərsu" əməkdaşları tərəfindən bu hala salınıb.

Sakinlərin haqsız olduğunu, ərazidə asfalt örtüyünün olmadığını iddia edən  podratçı şirkətin iş icraçısı isə sözügedən məhlənin iş aparılmadan öncə çəkilən fotolarını bizə  və "Azərsu" rəsmisinə təqdim edəcəyini, bununla da haqlı olduğunu  sübut edəcəyini bildirdi.

Şəkilləri gətirmək üçün gedən podratçı şirkətin iş icraçısı bir neçə saat sonra geriyə əliboş döndü. Sözügedən küçəyə məxsus nə bir sənəd, nə də foto yox idi. Məsələni yenidən "Azərsu"-ya yönləndirdik. Qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, problem bu dəfə peyk görüntülərinə əsasən araşdırılıb.

Qeyd edək ki, "Azərsu" əməkdaşları Xəzər Xəbərin dünən efirə gedən materialından sonra əraziyə yollanıb.


Etiketlər:  Azərsu səslənən fikirləri təkzib etdi Orada asfalt olmayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ