Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 17:08
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu İsrail baş anziri Benyamin Netanyahuya bənzədən İYİ partiyasının sədri Meral Akşener barəsində 250 minlik məhkəmə iddiası qaldırıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, Akşener partiyasının qrup toplantısında belə bir bənzətmə aparmışdı. "Ərdoğan Türkiyənin İsrail versiyası olan Netanyahudur" deyib. Ərdoğanın cavabı isə "Fələstinin xəritədəki yerini belə bilmirlər. İsrailin baş naziri ilə bir macəra yaşadım Davosda.
O vaxt İsrail baş nazirinə verdiyim cavabı bütün dünya bilir. Netanyahuya qarşı apardığımız mübarizəni indiyə qədər verərək yolumuza davam edəcəyik" deyib.
Kamran Seyidov