Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tehran Ermənistan ordusunu döyüşə hazırlayacaq: İran PUA-ları sərhədimizdən məlumatları İrəvana ötürür?

Tehran Ermənistan ordusunu döyüşə hazırlayacaq: İran PUA-ları sərhədimizdən məlumatları İrəvana ötürür?

Tarix: 20 May 2021 22:00

İran Ermənistana ali rütbəli hərbi müşavirlər göndərib.

Bu barədə İranın "Azad İran" "Telegram" kanalı Ermənistan KİV-nə istinadən məlumat yayıb.

Hərbi müşavirlər Ermənistan ordusunun döyüş hazırlığının yüksəldilməsi üçün bu ölkəyə göndərilib.

Yazıda həmçinin bir müddət əvvəl İrana məxsus PUA-ların Azərbaycan sərhədində uçuş həyata keçirməsi də xatırladılıb. Qeyd olunub ki, İran PUA-larının kəşfiyyat uçuşları təsadüfi deyil, məqsədyönlü xarakter daşıyır. Belə ki, bununla İran Naxçıvanda keçirilən təlimlər və Azərbaycan ordusunun Qarabağdakı bölmələrinin yerdəyişmələri barədə Ermənistana məlumat ötürür.

Erməni mətbuatı yazır ki, İran erməni qüvvələrini Azərbaycana qarşı gücləndirmək üçün Ermənistana yüksək səviyyəli hərbi məsləhətçilər göndərib. İranın hədəfi Azərbaycanın işğal olunmuş ərazilərinin qalan hissəsinin azad edilməsinin qarşısını almaqdır.

Bu arada, Azərbaycanla bağlı Ermənistana casusluq hədəfi ilə Tehrandan qalxan İranın kəşfiyyat pilotsuz təyyarələri Azərbaycan-Ermənistan sərhəd bölgələrində (Zəngəzur bölgəsi) kəşfiyyat uçuşları həyata keçirib.

Bu uçuşların Qaragöl bölgəsində Azərbaycanla Ermənistan arasında sərhəd mübahisələrinin artması ilə üst-üstə düşməsi, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi və Azərbaycanın Naxçıvanda genişmiqyaslı hərbi təlimlərə başlaması təsadüfi ola bilməz.

Ekspertlər hesab edir ki, 44 günlük Qarabağ müharibəsi zamanı da gördüyümüz kimi, İran Azərbaycanın hərbi hərəkətlərini izləyərək bu məlumatları işğalçı və təcavüzkar Ermənistana ötürür.

Digər tərəfdən, İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə mane olmaq üçün praktik olaraq Azərbaycana qarşı və işğalçı Ermənistana dəstək üçün hərəkətə keçib.

Xatırladaq ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Muctaba Zunnuri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq deyib: "İranın mövqeyi çox açıq və qətiyyətlidir. Biz bölgə hər hansı bir dəyişikliyi qəbul etmirik. Bölgə ölkələrinin ərazi bütövlüyü qorunub saxlanmalıdır. Sərhədlərimizin yaxınlığında bölgədən kənar hər hansı qüvvənin olması qəbuedilməzdir. Əgər onlar Ermənistan ərazilərinin bir hissəsini ələ keçirmək istəyirlərsə bizim sərhədlərimiz dəyişiləcək, yəni yeni bir problem yaranacaq və bu da bizim üçün məqbul deyil. Keçmiş sərhədlər tam qorunmalı, İran İslam Respublikasının Ermənistanla birgə sərhədi olduğu kimi saxlanmalıdır".

Qeyd edək ki, İran, Ermənistanın həyata keçirməyə öhdəlik götürdüyü Zəngəzur dəhlizi məsələsində açıq şəkildə Ermənistanın yanında və Azərbaycanın qarşısında yer alıb.

Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin İrana nə dəxlisi olduğu məlum deyil! Bəs niyə Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilərkən İran bundan narahat olmaq əvəzinə işğalçıya kömək edirdi?!

Sonxeber.net


Etiketlər:  Tehran Ermənistan ordusunu döyüşə hazırlayacaq İran ları sərhədimizdən məlumatları İrəvana ötürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ