Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 11:04
Türkiyənin məşhur iş adamı və mühəndisi Səlcuq Bayraqdarı Azərbaycanda da yaxşı tanıyır və sevirlər. Onun ortaqlarından olduğu "Baykar" şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin əldə olunmasında ciddi rol oynayıb.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, S.Bayraqdar 2016-cı ilin fevralında "Tvitter"dəki şəxsi hesabından anasının vəsiyyətini paylaşıb. Vəsiyyət onu oxuyan hər kəsi duyğulandırıb, heyrətləndirib. Eyni zamanda belə məlum olur ki, Bayraqdarın əldə etdiyi texnoloji nailiyyətlərdə bu vəsiyyətin də rolu az deyil.
Öncə onu deyək ki, Əslən Trabzondan olan Səlcuq Bayraqdar 1979-cu ildə İstanbulun Sarıyer mahalında anadan olub. Onun atası Özdəmir Bayraqdar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan "Baykar Makina" şirkətinin qurucusu və sahibidir.
S.Bayraqdar İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlayıb. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət həll edilib. O, həmin universiteti pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsində tamamlayıb.
Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirən S.Bayraqdar həmin professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışıb. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparıb.
2007-ci ildə Türkiyəyə dönən və ailəsinə məxsus Baykar Makina şirkətinin texniki meneceri kimi fəaliyyətə başlaan Bayraqdar pilotsuz uçuş aparatları ilə daha yaxından və dərindən məşğul olub. Onun yaratdığı "Bayraktar TB2" pilotsuz uçuş aparatları PUA sahəsində yeni mərhələ yaradıb.
Maraqlıdır ki, Səlcuq bəyin anası Canan xanımın oğluna vəsiyyəti də elə PUA-larla bağlı olub.
Canan xanım Səlcuq bəyə və qardaşına vəsiyyətində deyib:
"Oğullarım! İnkişaf etdirdiyiniz bu texnologiyanı (PUA-lar nəzərdə tutulur - E.Ş.) bütün əngəllərə, intriqalara və bezdirmə cəhdlərinə baxmayaraq Türk Ordusunun şərəfli övladlarının xidmətinə verməyəcəyiniz təqdirdə sizi həyatda uğursuz sayacağımı bilməyinizi süd haqqım olaraq rica edirəm. Ananız".
Səlcuq bəy anasının vəsiyyətini artıqlaması ilə yerinə yetirdi.
Şübhə yoxdur ki, Canan xanımın ruhu şaddır. Axı oğlu gözlədiyindən də böyük uğurlara imza atıb.