Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 16:38
Bakı. Elçin Mehdiyev - Trend:
Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin ediləcək.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.
Onun sözlərinə görə, Bakıdan 10 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 1155-də çatacaqdır.
Bakıdan və Gəncədən 13 avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 1155-də çatacaq, geriyə Gəncədən saat 1830-da yola düşəcək və Bakıya saat 2245-də çatacaqdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin