Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 19:36
Bakı. Trend:
İndoneziya hökuməti sunami təhlükəsi ilə əlaqədar Yava adasının sahilyanı zonalarında yaşayan əhalinin təxliyə olunması barədə tapşırıq verib.
Trend-in məlumatına görə, xüsusilə, Banten əyalətinin sakinlərinə daha yüksək ərazilərə təxliyə olunmaları tapşırılıb.
Sunami təhlükəsinə səbəb Hind okeanında 6,9 bal gücündə zəlzələnin baş verməsi göstərilib.
Zəlzələ nəticəsində hər hansı bir fəsadın olub-olmaması barədə məlumat verilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin