Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqada mövsümə yekun vuruldu

Premyer Liqada mövsümə yekun vuruldu

Tarix: 23 May 2021 23:08

Bu gün İngiltərə Premyer Liqasında sonuncu - 38-ci turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, bütün qarşılaşmalar eyni vaxtda oynanılıb.

Çempion "Mançester Siti" son turda doğma meydanda "Everton"u qəbul edib və darmadağına sevinib. Turnir cədvəlinin ikinci sırasında yer alan "Mançester Yunayted"in rəqibi "Vulverhempton" olub. "Qırmızı şeytanlar" səfərdən qələbə ilə dönüblər.
 
"Liverpul" doğma meydanda "Kristal Pelas"ı qəbul edib və inamlı qələbə qazanıb. Nəticədə, "qırmızılar" mövsümü üçüncü pillədə başa vurublar. "Çelsi" isə çətin "Aston Villa" səfərindən xalsız dönüb və medalçılar sırasına düşə bilməyib. Amma bu, "zadəganlar"ın UEFA Çempionlar Liqasına vəsiqə qazanmasına mane olmayıb. Son turda evdə "Tottenhem"ə məğlub olan "Lester Siti" beşinci yeri tutub. "Vest Hem" isə "Sauthempton"u darmadağın etməklə mövsümü altıncı pillədə başa vurub. Nəticədə, "Lester Siti" ilə "Vest Hem" Avropa Liqasına vəsiqə qazanıb. Yeddinci yerlə kifayətlənən "Tottenhem" isə İngiltərəni Avropa Konfrans Liqasında təmsil edəcək.
 
Son üç pilləni tutan "Fulhem", "Vest Bromviç" və "Şeffild Yunayted" Premyer Liqanı tərk edib.
 
İngiltərə Premyer Liqası
38-ci tur
23 may
 
Liverpul - Kristal Pelas 2:0
Qol: Mane, 36; 74.
 
Şeffild Yunayted - Bernli 1:0
Qol: Makqoldrik, 24.
 
Fulhem - Nyukasl 0:2
Qol: Uillok, 23. Şar, 88.
 
Mançester Siti - Everton 5:0
Qol: De Bruyne, 11. Q.Jezus, 14. Foden, 53. Aquero, 71; 76.
 
Lids - Vest Bromviç 3:1
Qol: Rodriqo, 17. Fillips, 42. Bemford, 78 - Robson-Kanu, 90.
 
Lester - Tottenhem 2:4
Qol: Vardi, 18-pen; 52-pen - Keyn, 41. Şmeyxel, 76. Beyl, 87; 90+6.
 
Vulverhempton - Mançester Yunayted 1:2
Qol: Semedo, 39 - Leanqa, 13. Mata, 45+4-pen.
 
Vest Hem - Sauthempton 3:0
Qol: Fornals, 30; 33. Rays, 86.
 
Aston Villa - Çelsi 2:1
Qol: Traore, 43. El Qazi, 52 - Çiluell, 70.
 
Arsenal - Brayton 2:0
Qol: Pepe, 49; 60.

Milli.Az


Etiketlər:  Premyer Liqada mövsümə yekun vuruldu


RƏYLƏR