Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 12:40
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı efirdə qayınanası ilə münasibətindən danışıb.
Sonxeber.net yenisabah-a istinadən xəbər verir ki, aparıcı Xəzər TV-də yayımlanan "Səni Axtarıram" verlişində bu haqda danışıb. O, həyat yoldaşının anasını oğlunu atdığına görə heç vaxt bağışlamadığını qeyd edib:
"Doğuşun anasına hörmətim böyükdür. Onu çox sevirəm, çünki Doğuş kimi bir insanı həyata gətirib. Lakin Doğuşu atıb getdiyinə görə, onu bağışlamıram. Bunu özünə də demişəm. İnsan necə cahil ola bilər ki, iməkləyərək qucağa gələn bir körpəni atıb getsin".