Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 12:04
YUNESKO və digər beynəlxalq təşkilatların mütəxəssisləri Qarabağa səfəri zamanı Azərbaycan Prezidentinin etnik mənsubiyyətindən asılı olmayaraq mədəni abidələrin qorunub saxlanması ilə bağlı bəyanatının real olduğuna əmin olacaqlar".
Sonxeber.net xəbər evrir ki, bunu REAL TV-yə eksklüziv müsahibəsində Rusiya Federasiyası Prezidentinin Beynəlxaılq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirdi.
Mixail Şıvıdkoy müsahibəsi zamanı həmçinin bildirdi ki, 2021 ci ilin payızında Sankt-Peterburqda keçiriləcək forumda Azərbaycanı xüsusi və fəxri qonaq kimi görməyi ümid edir. "Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tamaşalar hazırlanır. Əminəm ki, bütün forum iştirakçıları xüsusi və çiçəklənən Azərbaycan mədəniyyətini yüksək qiymətləndirəcəklər. " deyə Rusiya Prezidentinin xüsusi nümayəndəsi bildirdi.