Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

APOEL Bakıya azarkeş gətirir

APOEL Bakıya azarkeş gətirir

Tarix: 3 Avqust 2019 11:16

APOEL "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edəcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çarter reysli təyyarə Larnakadan Bakıya avqustun 11-də axşam saatlarında uçacaq və oyundan dərhal sonra geri qayıdacaq. Onlar "Hyatt Regency" otelində yerləşdiriləcəklər. Səfər hər bir azarkeşə viza, səhər yeməyi və transfer xərcləri daxil olmaqla, 570 - 800 avroya başa gələcək. Bura bilet xərcləri aid deyil.

Qeyd edək ki, APOEL "Qarabağ"la ilk oyununu avqustun 6-da Nikosiyada, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.

 


Etiketlər:  APOEL Bakıya azarkeş gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ