Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2019 12:33
Bakı. Trend:
Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan Polis Bölməsinin əməkdaşları cinayətkarlıqla qətiyyətli mübarizə aparırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mağazasından ərzaq malları, tütün məmulatı və enerji içkilərinin oğurlandığını bildirib.
Dərhal müvafiq araşdırmalar aparılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Polad Nəbiyev, Şəmsi Məmmədli və Samir Əliyev saxlanılıblar.
Araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin