Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alyaskada uçuşlar üçün qırmızı təhlükə kodu elan olunub

Alyaskada uçuşlar üçün qırmızı təhlükə kodu elan olunub

Tarix: 26 May 2021 21:46

ABŞ-ın Alyaska ştatının hakimiyyət orqanları Böyük Sitkin vulkanının püskürməsi ilə bağlı aviasiya üçün qırmızı təhlükə kodu elan edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat vulkanları müşahidə Mərkəzinin (Alaska Volcano Observatory) saytında yer alıb. Məlumata görə, vulkan bu gün UTC vaxtı ilə saat 05:04-də (Bakı vaxtı ilə 09:04) püskürməyə başlayıb. Püskürmə bir neçə dəqiqə davam edib. Vulkandan havaya 4,5 min metr hündürlüyündə kül dumanı qalxıb.

Qısamüddətli püskürmədən sonra vulkanın seysmik aktivliyi azalıb. Lakin Mərkəz yeni püskürməni istisna etmir. "Aviasiya kodu qırmızı olaraq qalır", - deyə Mərkəzdən bildiriblər.


Etiketlər:  Alyaskada uçuşlar üçün qırmızı təhlükə kodu elan olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ