Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli məşhur aktyor zorlamada ittiham edilir - FOTO

Türkiyəli məşhur aktyor zorlamada ittiham edilir - FOTO

Tarix: 27 May 2021 08:30

Türkiyənin bu yaxınlarda ekranlarla vidalaşan "Doğduğun ev kaderindir" serialının aktyoru Fatih Koyunoğlu təcavüzdə ittiham edilir.

"Sabah" məlumat verir ki, onun teatr aktrisası Seda Çakmaksoya cinsi təcavüz etdiyi iddia olunur.

Qeyd edilir ki, Kadıköydə əyləncə məkanına gedən aktyor orada Çakmaksoyla tanış olmaq istəyib. Onlar səs-küyə görə söhbət edə bilmədiklərindən yaxınlıqda yerləşən, aktyorun ortaq olduğu teatr binasına gediblər. Çakmaksoyun sözlərinə görə, Koyunoğlu söhbət etmək əvəzinə onu zorlamağa çalışıb.

Bu zaman qadın ətrafda kameraların olduğunu deyərək həmin yerdən uzaqlaşa bilib.

Məşhur aktyora qarşı cinayət işi başlanılıb, onun 10 ilə qədər azadlıqdan məhrum edilməsi tələb olunur.

Milli.Az


Etiketlər:  Türkiyəli məşhur aktyor zorlamada ittiham edilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ