Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona” Firponu 21 milyona alır

“Barselona” Firponu 21 milyona alır

Tarix: 3 Avqust 2019 15:40

“Barselona” “Betis”in sol cinah müdafiəçisi Xunior Firponun transferini yekunlaşdırmaq üzrədir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar Dominikan əsilli 22 yaşlı müdafiəçiyə görə 21 milyon avro təzminat ödəyəcək.

“Betis” daha əvvəl “Barselona”dan 25 milyon avro tələb edirdi. Bildirilir ki, artıq Firponun özü ilə də müqavilə razılaşdırılıb. Rəsmi transferin bazar və yaxud birinci günü açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Firpo ötən mövsüm La Liqada 3 qol vurub, 4 qolun isə ötürməsini edib.

 


Etiketlər:  Barselona Firponu milyona alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ