Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

26 yoluxmaya görə milyonlarla insan sərt karantinə yollanacaq

26 yoluxmaya görə milyonlarla insan sərt karantinə yollanacaq

Tarix: 28 May 2021 14:10

Avstraliyanın Viktoriya ştatının hökuməti bütün əhalini - təxminən 7 milyon insanı, yüksək dərəcədə yoluxucu koronavirus ştammının yayılması ilə əlaqədar ən azı bir həftə müddətinə sərt karantinə göndərəcək.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Reuters" xəbər yayıb.

"Biz virusun əvvəllər gördüyümüz bütün variantlarından daha sürətli yayılan xüsusi yoluxucu növü ilə qarşılaşmışıq", - deyə ştatın baş naziri Ceyms Merlino bəyan edib.

Onun sözlərinə görə, virusun birindən digərinə ötürülməsi üçün sözügedən ştammın adi SARS-CoV-2-dən bir neçə dəfə az vaxta ehtiyacı var.

İndiyə qədər hələ ki, 26 yoluxma qeydə alınıb. Bununla belə risk altında olanların, yəni xəstəliyə tutula biləcəklərinin sayının təxminən 10 min nəfər olduğu təxmin edilir.

Karantin qaydalarına görə, ştat sakinləri yalnız dövlət tərəfindən təsdiqlənmiş vacib işlərə göndərildikdə, xəstələrə qulluq edildikdə, vaksinasiyaya yollandıqda, yemək və digər ləvazimatlar almaq üçün çıxdıqda, yaxud idmanla məşğul olduqda (2 saatdan çox olmayaraq və yalnız bir nəfərin müşayiəti ilə) evlərindən çıxa biləcəklər.

Eyni zamanda, alış-veriş və idmana evin maksimum 5 kilometr radiusunda icazə verilir.


Etiketlər:  yoluxmaya görə milyonlarla insan sərt karantinə yollanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ