Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 23:04
Sünnət penis başını örtən dəri toxumasının kəsilərək alınmasıdır. Bu sadəcə dəri ilə bağlı olan bir prosesdir. Hətta keçmişdə ciddi xəstəlikləri müalicə etmək və yaranmasının qarşısı almaq üçün edilirdi.
Sonxeber.net xəbər verir ki, günümüzdə sünnət daha çox adət-ənənənələrə və dinimizə görə edilir.
Bəzi hallarda isə tibbi olaraq məsləhət görülür.
Məsələn,
- Körpə və uşaqlarda idrar yolu infeksiyası;
- İnfeksiya və böyrək zədələnməsi riski olan urogenital anadangəlmə anomaliyalar (böyrəyin böyüməsi, sidik kisəsindən böyrəklərə sızması kimi)
- Tez-tez idrar təhlili gərəkdirən digər bəzi hallar.
- Parafimoz kimi cərrahi müdaxilə ilə düzəlməyən vəziyyətlər.
Hansı yaşda edilməli?
Sünnət üçün ideal yaş çox müzakirə edilir. İdeal yaş və zaman ailənin sünnətə baxış tərzinə, uşağın özəl durumuna, hətta sünnəti edəcək həkimin təcrübəsinə görə dəyişir. Ailə, sünnəti uşaqlıq yoxsa məktəb yaşında edəcəyinə qərar verməlidir.
Özəl xəstəxanaların artması ilə doğar-doğmaz sünnətə köhnə zamanlara görə daha rastlanılır. Hətta bəzi xəstəxanalarda doğum paketinə də salınır.
Məcburi hallar olmadıqca doğar-doğmaz körpəyə cərrahi əməliyyat edilməməlidir. Sünnət cərrahi bir prosesdir və yenidoğulanlara sünnət etmək olmaz.
3-4 yaşında problem ehtimalı biraz yüksəkdir
Cərrahi müdaxilələrdən sonra baxım çox çətin və yorucudur. Xüsusilə 3-4 yaş dönəmində incidəcək qorxusu ilə sidiyə getməmə, nəzarətsiz olaraq əməliyyat bölgəsinə müdaxilə kimi problemlər yaşanıla bilər.
Mütəxəssislər, sünnət yaşının körpəlik və ya 7-8 yaş zamanı olduğunu deyirlər. /medicina.az