Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gənc meyxanaçılar Namiq Qaraçuxurlunun çörəyini yeyirlər''

''Gənc meyxanaçılar Namiq Qaraçuxurlunun çörəyini yeyirlər''

Tarix: 29 May 2021 09:25

"Bu gün gənc meyxanaçılar Namiq Qaraçuxurlunun çörəyini yeyirlər".

Sonxeber.net axsam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Səhər mərkəzi" proqramında deyib. Müğənni meyxana sənətini Namiq Qaraçuxurlunun yüksəltdiyini deyib:

"Bu sözümdən inciməsinlər, hamısına hörmətim var, amma belədir. Yaxşı meyxananı, iti deyişməni çox sevirəm. Namiq bu sənətdə inqilab edib.

Burada onun müstəsna rolu var. Namiq musiqili meyxana yox, təmiz mahnı yazır. Namiq meyxananı professional səhnəyə gətirdi, səviyyələndirdi, təqdimatını verə bildi, sevildi və sevdirdi".


Etiketlər:  Gənc meyxanaçılar Namiq Qaraçuxurlunun çörəyini yeyirlər


RƏYLƏR