Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən böyük arzum rayonumuzun bərpasında iştirak etməkdir - Ağdamın məşhur ustasının oğlu - VİDEO

Ən böyük arzum rayonumuzun bərpasında iştirak etməkdir - Ağdamın məşhur ustasının oğlu - VİDEO

Tarix: 30 May 2021 01:22

O, atası, əmisi və qardaşları ilə birlikdə Ağdam məscidinin günbəzinin bərpasinda, eləcə də məşhur çay evinin tikintisində iştirak edib. İnşaatçı Elman Əliyev Ağdamla bağlı xatirələrini danışıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, onun atası Kamal usta vaxtilə Ağdamda tanınan ustalardan olub.  Ağdam məscidinin günbəzinin işğaldan əvvəl son bərpası, eləcə də akademik Xudu Məmmədovun ideyası olan məşhur çay evinin inşasını ancaq onun atasına etibar ediblər.

Elman Əliyev o vaxt tələbəymiş. Yaz tətillərinə gələndə atasına kömək məqsədilə tikintidə iştirak edirmiş. Deyir, rəhmətlik Xudu Məmmədov bəlkə də Ağdamda çay evi tikdirməyə çalışmaqla orada spirtli içkiyə meylliliyin qarşısını almaq istəyirmiş. Çünki maraqlı dizaynda olan bu tikili hamının marağını cəlb edirdi.

İndi Elman Əliyevin ən böyük arzusu ağdamlılarla birlikdə doğma rayonundakı o nadir tikililərin yenidən bərpasında iştirak etməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  böyük arzum rayonumuzun bərpasında iştirak etməkdir Ağdamın məşhur ustasının oğlu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ