Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 01:30
Tədqiqatçı-jurnalist Dilqəm Əhməd Azərbaycan mühacirət tarixinə dair materialları toplayır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, o, qiymətli materiallar əsasən Türkiyədən, eləcə də dünyanın bir sıra ölkələrində keçirilən hərraclardan əldə edib.
Dilqəm Əhməd deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) dair hər dəyərli materialın ölkəyə gətirilməsi üçün lazım olan maddi vəsaiti həmvətənlərimiz təmin edir. Bunun üçün o, ya sosial platformalarda kampaniyalar təşkil edir, ya da dostlarının çağırışlarından faydalanır.
Gənc araşdırmaçı bu xidmətlərinə görə Cümhuriyyətin 100 illiyi münasibətilə medala da layiq görülüb. İndi onun ən böyük arzusu Şuşada Cümhuriyyət muzeyinin açılması və qoruduğu materialları ora əmanət etməkdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: