Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Malayziyada peyvəndə qarşı çağırış edənlər məsuliyyətə cəlb olunacaq

Malayziyada peyvəndə qarşı çağırış edənlər məsuliyyətə cəlb olunacaq

Tarix: 30 May 2021 17:08

Malayziya hakimiyyəti yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd vurdurmaqdan imtina edilməsi barədə çağırış edənlərin ciddi məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu bu gün parlamentlə iş üzrə nazir Takiyuddin Hassan bildirib.

T. Hassan deyib ki, xəbərdarlıqdan nəticə çıxarmayanlarvə COVİD-19-a qarşı vakin barədə yalan məlumat yayanlar barədə sərt tədbirlər görüləcək. Nazir bu çağırışları və yalan məlumatları ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirib: "Hökumət vaksinasiya ilə bağlı yeni qanun hazırlamağı planlaşdırmır. Biz günahkarları cəzalandırmaq üçün qüvvədə olan qanunlardan istifadə edə bilərik".

T. Hassan bu qanunlara misal olaraq qiyama çağırışın yolverilməzliyi və KİV-lərin fəaliyyətini tənzimləyən qanunları qeyd edib.


Etiketlər:  Malayziyada peyvəndə qarşı çağırış edənlər məsuliyyətə cəlb olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ