Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hidrodenit

Hidrodenit

Tarix: 1 Iyun 2021 08:12

Hidrodenit tər vəzilərinin şişkinləşməsi ilə xarakterizə olunan xəstəlikdir. Ən çox dərinin bir-birinə sürtüldüyü nahiyyələrdə əmələ gəlir. Qoltuq altı, qasıq bölgəsi, döşlərin altı, bud nahiyəsi hidrodenitin ən çox meydana gəldiyi hissələrdir. Xəstəliyə kişilərə nisbətən qadınlar arasında 2-3 dəfə çox rast gəlinir. Bu şişkinliklər ağrılı olur, çox vaxt özləri partlayır və içərisindən pis iyli maye axır. Bəzən hidrodenitlər dəri altında bir-birinə yol açaraq birləşirlər ki, bu zaman əlamətlər daha da kəskinləşir.
Xəstəliyə ən çox 11-50 yaşlı adamlar arasında rast gəlinir.
Dəri altında əmələ gələn maye iltihablaşdıqda yerində çapıq toxuma qoyaraq sağalır. Əgər hidrodenit şişkinlikləri dəri altında bir- biri ilə birləşirsə, bu zaman çapıq toxuma daha böyük olur. Bəzi hallarda qoltuq altında əmələ gələn iri çapıq toxumalar qolun tam açılmamasına səbəb ola bilir.
Xəstəliyə diaqnozun qoyulmasında 3 əsas əlamət nəzərə alınır:
1. Bir santimetr civarında maye dolu ağrılı, sərt qızartıların olması.
2. Dəri altında sapvari birləşmələr.
3. İki uca malik sızanaqlar.
Xəstəliyin əmələ gəlməsində bəzi səbəblərin rolu olduğu söylənilir:
* artıq çəki
* hormonal dəyişikliklər
* həddindən artıq tərləmə.
Müalicəyə vaxtında başladıqda dərman və başqa vasitələrlə xəstəliyi müalicə etmək mümkündür. Lakin xəstəlik inkişaf etdikdə və hidrodenitlər dərialtı yollarla birləşdikdə dərman müalicəsinin heç bir köməyi olmur və cərrahi müdaxilə tətbiq edilir.


Etiketlər:  Hidrodenit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ