Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 19:20
Bakı. Trend:
Türkiyə Suriyanın şərqində yeni antiterror əməliyyatına başlayacaq.
Trend-in yerli KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışı zamanı deyib.
T.Ərdoğan xatırladıb ki, Türkiyə ordusu daha əvvəl Suriyanın Afrin, Cerablus və Əl-Bab regionlarını terrorçulardan təmizləyib: "Bizim yeni hədəfimiz - Fərat çayının şərqidir. Biz Rusiya və ABŞ tərəflərini Suriayda yeni əməliyyata başlamağa hazır olduğumuz barədə məlumatlandırmışıq".
Türkiyə prezidenti qeyd edib ki, Ankara Suriya ərazisindən sərhədboyu yaşayış məntəqələrinə hücumlara və təxribatlara göz yummayacaq: "Türkiyənin səbrinin də həddi var".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin