Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 21:24
Çili millisinin və "İnter"in futbolçusu Arturo Vidal koronavirusa yoluxub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Çili Futbol Federasiyası məlumat yayıb. Xəstəliyi ağır keçirən yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib.
Vidalın DÇ-2022-nin seçmə mərhələsində gələn həftə Argentina və Boliviya ilə keçiriləcək görüşləri buraxacağı açıqlanıb. Onun iyunun 13-də start götürəcək Amerika kubokunda iştirakı isə sual altındadır.