Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçrə dağlarında dörd gündə üç nəfər ölüb

İsveçrə dağlarında dörd gündə üç nəfər ölüb

Tarix: 5 Avqust 2019 02:32

Bakı. Trend:

İsveçrədə Dan Blanş zirvəsinə qalxarkən iki almaniaylı alpinist ölüb.

Trend-in məlumatına görə, Dan Blanş zirvəsi 4357 metr yüksklikdə yerləşib.

Məlumata əsasən, hadisə iyulun 3-də saat 8:30-da baş verib. Bildirilir ki, zirvəyə qalxan zaman yıxılıblar. Yıxılmanın şahidi digər alpinistlər olub və xilasetmə xidmətlərinə xəbərdarlıq ediblər.

Hazırda hadisənin səbəbləri araşdırılır və ölənlərin kimliyi müəyyənləşdirilir.

Bundan əvvəl, avqustun 1-də İngiltərədən olan 58 yaşlı turist Ştralhorn dağına qalxarkən həlak olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İsveçrə dağlarında dörd gündə üç nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ