Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atamızın bizdən başqa Rusiyada doğulan qızı var”

“Atamızın bizdən başqa Rusiyada doğulan qızı var”

Tarix: 3 Iyun 2021 11:00

Əkiz müğənnilər - Sevinc və Sevil Səfərovalar dünyasını dəyişmiş atalarının Rusiyada daha bir qız övladının olduğunu açıqlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Həmin Zaur" proqramında qonaq olan ifaçılar atalarının nikahdankənar dünyaya gələn bacıları ilə əlaqələrinin olduğunu deyiblər. 

Sevinc Səfərova bildirib ki, Alana adlı xanım Rusiyada ailə həyatı qurub:

"Mərhum atamın Rusiyada yaşayan Alana adlı qızı var. Bacımızdır. Anası rusdur. 20-dən çox yaşı var. Görüşmüşük. Bakıya heç vaxt gəlməyib, orada ailə qurub. Bir-birimizə çox oxşayırıq. Sevilə daha çox bənzəyir. Atam sağ olarkən maraqlanardı.  Anam da ona heç vaxt fərq qoymayıb. Hazırda qardaşımla anam onunla eyni şəhərdə yaşayır, bir-birilərini görürlər".


Etiketlər:  Atamızın bizdən başqa Rusiyada doğulan qızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ