Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suvarma sistemi inkişaf etdirilir - VİDEO

Suvarma sistemi inkişaf etdirilir -  VİDEO

Tarix: 3 Iyun 2021 11:36

Meşə zolağı artırılaraq 2622 hektara çatdırılıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, Yevlax rayonunda 49048 hektar suvarılan sahə var ki, bu sahələrin 24 min hektarı drenlənmiş sahələrdir. Bu sahələrə 1314 kilometr drenlər çəkilib. Bunun 587,7 km-i qapalı, 726,3-ü isə açıq drenaj şəbəkəsidir.

Şirvan Meşə Meliorasiya İdarəsi tərəfindən ilin ilk beş ayı ərzində 100 km-ə qədər açıq drenaj şəbəkəsi lildən təmizlənib. Bunun 50 km-i pambıq əkilmiş sahələrin kənarında yerləşən dren kanallarıdır. Yevlax rayonunda 2300 hektara qədər pambıq əkilmişdir ki, bu sahələrin 800 hektarı drenlənmiş əraziyə düşür.

Şirvan meşə meliorasiya idarəsi suvarmanın intensiv təşkil olunması ilə yanaşı yaşıllıq və meşə zolaqlarının salınmasını da həyata keçirir. Əhatə olunan ərazi isə 2544 hektardır. Ötən il 78 hektar əlavə olmaqla meşə zolaqları 2622 hektara çatdırılıb. İdarə bu ərazilərin istismarı, dərmanlanması və suvarılması ilə məşğul olur. Qış aylarında əsasən meşənin kol-kosdan təmizlənməsi işləri, indi isə alaq otlarından təmizlənməsi işləri və suvarılması işləri aparılır.

Suvarma meşə meliorasiya idarəsində iki üsulla, həm mexaniki üsulla, həm də öz axımı ilə aparılır. Meşə zolaqları əsasən Şirvan kanalının sol və sağ sahili, Əlican çayının sol və sağ sahili, Türyançay, Ağsuçay, Göyçayçay, Dəvəbatançay ərazilərində və eyni zamanda Mingeçevir su anbarının sol və sağ sahillərində yerləşir.

Meşə zolaqlarının hər bir rayon üzrə sahələri var. Bu sahələr Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab və Yevlax rayonlarının ərazilərində yerləşir. Hər bir sahənin sahə rəisləri, meşəçiləri, fəhlələri vardır ki, bu ərazilərin təmizlənməsi, istismarı, suvarılması və qorunması təmin olunur.

Qeyd edək ki, Şirvan Meşə Meliorasiya idarəsi tərəfindən ümumilikdə 250-280 km kollektorların təmizlənməsi planlaşdırılıb. Bu da o deməkdir ki, idarə 3 il ərzində rayon ərazisindəki bütün kollektorları təmizləmiş olacaq.

Milli.Az


Etiketlər:  Suvarma sistemi inkişaf etdirilir VİDEO


RƏYLƏR